QOLTUQ
1. Qolun, döşün yanı ilə çiyin bəndinin altındakı hissəsi, qolun çiyinlə birləşdiyi yerin altındakı çuxur.
□ Qoltuq cibi – paltarın iç tərəfində döşün üstünə düşən cib.
2. Çay və ya dəniz sahilində su girintisi, körfəz.
◊ Qoltuğa girmək – 1) gəzə bilməyən və ya xəstə bir adamın yeriməsinə kömək etmək, onu ayağa qaldırmaq;
2) sıxılmaq, özünü gizləmək, ortaya çıxmamaq, küncbucağa qısılmaq.
Qoltuğa sığınmaq – 1) bax qoltuğa girmək 2-ci mənada;
2) pənah aparmaq, birinin himayəsi altına girmək.
Qoltuğa soxulmaq – bax qoltuğa girmək 2-ci mənada.
Qoltuğu altına almaq – himayəsi altına almaq, pərəstarlıq etmək.
Qoltuğu şişmək – bax qoltuğunun altı şişmək. Padşah fərəhləndi ki, belə bir qulu var.
Qoltuğuna qarpız vermək – 1) çox tərifləmək, həddindən artıq şişirtmək;
2) ələ salmaq məqsədilə birini üzünə tərifləmək. Qoltuğuna vermək (papağını, xoruzunu, şələsini və s.
) – 1) biabır etmək, ifşa etmək;
2) rüsvayçılıqla qovmaq.
Qoltuğunun altı şişmək – lovğalanmaq, təşəxxüslənmək, qürrələnmək (təriflənmək nəticəsində).
Qoltuğunun altına (qarpız) vermək – birini həvəsləndirmək, bir işi gördürmək, yaxud ələ salmaq üçün yalandan üzünə tərifləmək.
Qoltuq altında yaşamaq – birinin himayəsi altında yaşamaq.
QOLTUQ nədir? – QOLTUQ nedir? – QOLTUQ sözünün mənası – QOLTUQ sozunun menasi – QOLTUQ nə deməkdir? – QOLTUQ ne demekdir? – QOLTUQ sözünün izahı – QOLTUQ sozunun izahi – QOLTUQ sözünün istifadəsi – QOLTUQ sozunun istifadesi