QOL-QANAD
1. bax qanad 1-ci mənada.
2. Şaxə, qol-budaq.
□ Qol-qanad atmaq – şaxələnmək, yayılmaq, genişlənmək, inkişaf etmək, böyümək.
◊ Qol-qanad açmaq – 1) qanadlanmaq, uçmaq üçün qanadlarını açmaq;
2) məc. ruhlanmaq, daha da canlanmaq, fəaliyyət göstərmək.
Qol-qanad vermək – ruhlandırmaq, qüvvət vermək, daha da canlandırmaq.
Qol-qanadı açılmaq – ruhlanmaq, canlanmaq, inkişaf etmək, bədəni bərkişmək. [Hüseynqulu ağa:] Pəricahan, qızına yazığın gəlsin.
Qol-qanadı qırılmaq (sınmaq, yanına düşmək) – 1) köməksiz, adamsız qalmaq;
2) bütün qüvvəti, iqtidarı sarsılmaq, aciz bir hala düşmək, ruhdan düşmək.
Qol-qanadını qırmaq (kəsmək, sındırmaq) – 1) birini köməksiz, kimsəsiz qoymaq. [Qasid:] Xeyr, xan. Biz belə güman elədik ki, Ağa Məhəmməd xanın əsir olmağı onun qol-qanadını qıracaq.
2) birini hərəkət və fəaliyyət qüvvəsindən məhrum etmək, aciz və iqtidarsız bir hala salmaq.
QOL-QANAD nədir? – QOL-QANAD nedir? – QOL-QANAD sözünün mənası – QOL-QANAD sozunun menasi – QOL-QANAD nə deməkdir? – QOL-QANAD ne demekdir? – QOL-QANAD sözünün izahı – QOL-QANAD sozunun izahi – QOL-QANAD sözünün istifadəsi – QOL-QANAD sozunun istifadesi