QIZIŞDIRMAQ
1. Odun alovunu daha da şiddətləndirmək; alovlandırmaq. Ocağı üfürüb qızışdırmaq. Uşaqlar tonqalı qızışdırdılar.
2. Qızdırmaq, isitmək, istiləndirmək. Əllərimi oda tutub bir az qızışdırdım.
3. məc. Şiddətləndirmək; bir şeyin qüvvəsini, şiddətini, gərginliyini və s.-ni daha da artırmaq. Mübahisəni daha da qızışdırmaq. Ədavəti qızışdırmaq.
□ Müharibə qızışdıran – işğalçılıq müharibəsi təbliğ edən, işğalçı.
// məc. Daha da canlandırmaq, fəallaşdırmaq. Məclisi qızışdırmaq. Söhbəti qızışdırmaq.
4. məc. Hirsləndirmək, acıqlandırmaq, coşdurmaq.
5. məc. Təhrik etmək, birini başqasının üstünə salışdırmağa çalışmaq.
6. məc. Döymək, əzişdirmək.
QIZIŞDIRMAQ nədir? – QIZIŞDIRMAQ nedir? – QIZIŞDIRMAQ sözünün mənası – QIZIŞDIRMAQ sozunun menasi – QIZIŞDIRMAQ nə deməkdir? – QIZIŞDIRMAQ ne demekdir? – QIZIŞDIRMAQ sözünün izahı – QIZIŞDIRMAQ sozunun izahi – QIZIŞDIRMAQ sözünün istifadəsi – QIZIŞDIRMAQ sozunun istifadesi