QIZIL
1. is. Rəngi sarı, bahalı bəzək şeyləri və s. qayrılan və dəyər vahidi kimi işlədilən qiymətli metal. Xalis qızıl. Qızıl mədəni.
□ Qızıl bahasına – çox baha qiymətə.
Qızıl suyuna çəkmək – qızıl olmayan metalın üstünə qızıl rəngi vermək.
Qızıla tutmaq – qızıl ilə örtmək, qızıl ilə bəzəmək.
// Sif. mənasında. Qızıldan qayrılmış. Qızıl üzük. Qızıl qolbaq. Qızıl diş. Qızıl pul.
// Sif. mənasında. Qızıl çərçivəyə salınmış, qızıla geydirilmiş, qızılla bəzədilmiş. Qızıl gözlük. Qızıl qaşlı xəncər.
// is. Qızıldan qayrılmış şeylər; qızıl pul.
2. sif. Al, qırmızı.
3. sif. məc. Bolşevik inqilabı, sosializm quruluşu, sovet sosialist üsuli-idarəsi ilə əlaqədar olan (bax qırmızı 3-cü mənada).
□ Qızıl əsgər tar. – Qırmızı ordu döyüşçüsü.
Qızıl Ordu – sovet ordusunun 1918-ci ildən 1946-cı ilə qədər adı.
4. sif. Qızıl rəngində olan, parlaq sarı, qızıl kimi bərq vuran.
5. sif. məc. Çox qiymətli, çox dəyərli, çox ləyaqətli, çox gözəl, çox yaxşı. [Nəbi kişi:] Bu dünyada bizim bu kolxoz adamının mislibərabəri hanı? – deyirdi.
□ Qızıl sözlər – çox ağıllı, faydalı sözlər, məsləhətlər və s. haqqında.
Qızıl əllər – əlindən hər cür iş gələn, bacarıqlı, məharətli adam haqqında.
6. sif. dan. Heç şeydən çəkinməyən, bozsifət, utanmaz. Qızıl adam.
◊ Qızıl yumurta bayramı – xristianların pasxa bayramının xalq arasında adı.
QIZIL nədir? – QIZIL nedir? – QIZIL sözünün mənası – QIZIL sozunun menasi – QIZIL nə deməkdir? – QIZIL ne demekdir? – QIZIL sözünün izahı – QIZIL sozunun izahi – QIZIL sözünün istifadəsi – QIZIL sozunun istifadesi