QİYMƏT
1. Bir şeyin (əmtəənin) pul vahidləri ilə ifadə olunan dəyəri. Malın qiyməti. Bazar qiymətləri. Baha qiymət. Ucuz qiymət. Malların qiyməti aşağı salınmışdır.
2. məc. Əhəmiyyət, dəyər, rol; etibar. Bu sözlərin heç bir qiyməti yoxdur. O, mənim gözümdə bütün qiymətini itirmişdir. Bu şeyin bizim üçün qiyməti azdır.
□ Qiymətdən salmaq – hörmətdən, etibardan salmaq, gözdən salmaq.
// məc. Qədir-qiymət, dəyər.
3. Şagirdin, tələbənin bilik dərəcəsi haqqında verilən nömrə. Orta qiymət. Pis qiymət. Dərslərindən əla qiymət almaq.
◊ Qiymət vermək (qoymaq) – 1) bir şeyin dəyəri və keyfiyyəti haqqında fikir söyləmək, hökm vermək, qiymətləndirmək, dəyərləndirmək.
2) şagirdi, tələbəni və b. imtahan edərək bilik dərəcəsinə nömrə vermək;
3) bax qiymətləndirmək.
QİYMƏT nədir? – QİYMƏT nedir? – QİYMƏT sözünün mənası – QİYMƏT sozunun menasi – QİYMƏT nə deməkdir? – QİYMƏT ne demekdir? – QİYMƏT sözünün izahı – QİYMƏT sozunun izahi – QİYMƏT sözünün istifadəsi – QİYMƏT sozunun istifadesi