QILINC
1. Xəncərdən böyük, əyri və ya düz, bir ağızlı kəsər silah. İti qılınc. – Qılınc yarası gedər, dil yarası getməz. ( Ata. sözü ).
□ Qılınc kimi – çox itilik, kəskinlik mənasında.
2. Kotanın ağzı, torpağı kəsən hissəsi.
3. Qabanların ağzı yanlarında qoşa olaraq əyri qılınc şəklində çıxan, müdafiə və hücum aləti vəzifəsini görən böyük diş. Qaban qılıncı.
◊ Qılınc çalmaq – bax qılınc vurmaq.
Qılınc vurmaq – qılıncla vuruşmaq.
Qılınc-qalxana çıxmaq – davaya getmək, vuruşmaq.
Qılınc-qılınca gəlmək – qılınclarını çəkib üz-üzə gəlmək, qılıncla vuruşmaq.
Qılınca sarılmaq – davaya hazırlanmaq.
Qılıncdan keçirmək – hamısını qılıncla öldürmək.
Qılıncının dalı da kəsir, qabağı da – sözü kəsərli, sözükeçən, böyük ixtiyar və nüfuz sahibi olan adam haqqında.
QILINC nədir? – QILINC nedir? – QILINC sözünün mənası – QILINC sozunun menasi – QILINC nə deməkdir? – QILINC ne demekdir? – QILINC sözünün izahı – QILINC sozunun izahi – QILINC sözünün istifadəsi – QILINC sozunun istifadesi