QARŞI
1. is. Bir şeylə üzbəüz olan yer və ya şey, müqabil tərəf; qabaq. Evin qarşısı. Dağın qarşısı. Məktəbin qarşısı.
// Yerlik halında: qarşısında – qabağında, önündə.
2. sif. Müqabil, üzbəüz, bir şeyin müqabilində olan. Qarşı tərəf.
□ Qarşı gəlmək – üzbəüz gəlmək, rast gəlmək, qarşılaşmaq.
3. qoş. Zidd, müxalif, əleyhinə, ziddinə, əksinə.
□ Qarşı çıxmaq – əleyhinə çıxmaq, mübarizə etmək.
Qarşı durmaq – müqavimət göstərmək.
Qarşı getmək – əksinə getmək, əleyhinə getmək, ziddinə getmək.
Qarşı qoymaq – bir şeyin əleyhinə yönəltmək, bir şeyə müqabil qoymaq.
4. qoş. Haqqında, barəsində.
5. qoş. Mübarizə etmək üçün, qabağını almaq üçün. Milçəklərə qarşı güclü vasitə. Qripə qarşı dərman.
6. qoş. Bir hadisənin yaxınlaşmasını göstərir. Yaza qarşı.
7. qoş. Üzünə, üçün.
◊ Qarşısını almaq – bir hadisənin, işin, xəstəliyin baş verməməsi üçün vaxtında tədbir görmək, qabağını almaq. Hadisələrin qarşısını almaq. Yanğının qarşısını almaq. Xəstəliyin qarşısını almaq. Təhlükənin qarşısını almaq.
Qarşısını kəsmək – yolunu tutmaq, getməsinə, axmasına mane olmaq. Selin qarşısını kəsmək.
QARŞI nədir? – QARŞI nedir? – QARŞI sözünün mənası – QARŞI sozunun menasi – QARŞI nə deməkdir? – QARŞI ne demekdir? – QARŞI sözünün izahı – QARŞI sozunun izahi – QARŞI sözünün istifadəsi – QARŞI sozunun istifadesi