QARIŞMAQ
1. Başqa şeyin, ya şeylərin içərisinə girib orada itib getmək, ayrılmayacaq, fərqlənməyəcək, seçilməyəcək hala düşmək. Boyalar qarışdı. Kağızlar bir-birinə qarışıbdır.
2. Birləşərək bir kütlə halına gəlmək. Camaat nümayişçilərə qarışdı.
// Qovuşmaq, birləşmək, qoşulmaq. İki çay bir-birinə qarışdı.
3. Qarmaqarış olmaq, nizam və tərtibi pozulmaq, bir-birinin içinə girmək, dolaşıq düşmək. Saçları elə qarışıb ki, ayırmaq mümkün deyil.
□ Bir-birinə qarışmaq – 1) dolaşmaq, anlaşılmaz hala gəlmək.
2) həyəcan(a) düşmək, təlaş( a) düşmək, təşviş(ə) düşmək, çaxnaşma düşmək. Bütün əfradi-ailə bir-birinə qarışmışdı.
// Səs-küy düşmək, canlanmaq, hərəkətə gəlmək.
4. Müdaxilə etmək, iştirak etmək, bir işin gedişinə təsir etmək (adətən “işə” sözü ilə). Özgənin işinə qarışmaq.
5. Bulanmaq. Ürəyim qarışır.
6. Pozulmaq. Axşamüstü hava qarışdı.
QARIŞMAQ nədir? – QARIŞMAQ nedir? – QARIŞMAQ sözünün mənası – QARIŞMAQ sozunun menasi – QARIŞMAQ nə deməkdir? – QARIŞMAQ ne demekdir? – QARIŞMAQ sözünün izahı – QARIŞMAQ sozunun izahi – QARIŞMAQ sözünün istifadəsi – QARIŞMAQ sozunun istifadesi