QARDAŞ
1. Bir ata-anadan, yaxud yalnız bir atadan və ya bir anadan olan oğulların bir-birinə, yaxud bacısına nisbətən hər biri. [Qaraca çoban]
…bağıryaran bir səslə qıy vurub irəli şığıdı.
□ Qan qardaşı – 1) doğma qardaş;
2) məc. səmimi dost.
Ögey qardaş – atası, yaxud anası ayrı olan qardaş.
Süd qardaşı – ayrı-ayrı ata-anadan olub, bir anadan süd əmmiş iki adam.
2. tənt. Fikir, ictimai vəziyyət və s. cəhətdən danışan şəxsə yaxın olan hər bir şəxs.
3. Kişiyə, oğlana dostcasına, yaxud təklifsizcəsinə müraciət. Qardaş, yol ver, keçim.
// “Qardaşım” şəklində: mehribancasına müraciət – dostum, əzizim.
4. məc. Qardaş kimi yaxın, dost olan adam haqqında. O mənimlə qardaş kimidir. [Mürşid] əvvəlcə mala baxdı, sonra əkinə-biçinə getdi.
◊ Qardaş malı – atadan qalan və qardaşlar arasında tən-bərabər bölünməli mal, miras.
QARDAŞ nədir? – QARDAŞ nedir? – QARDAŞ sözünün mənası – QARDAŞ sozunun menasi – QARDAŞ nə deməkdir? – QARDAŞ ne demekdir? – QARDAŞ sözünün izahı – QARDAŞ sozunun izahi – QARDAŞ sözünün istifadəsi – QARDAŞ sozunun istifadesi