QARANLIQ
1. is. İşıq yoxluğu, baxanda heç bir şey görünməyən hal; zülmət.
□ Qaranlıq düşmək (çökmək, qovuşmaq) – axşam olmaq, hava qaralmaq.
Qaranlıq etmək (eləmək) – kölgələndirmək, görünməz hala salmaq.
2. sif. İşıqdan məhrum, işığı olmayan; işıqsız, zülmətli. Qaranlıq otaq. Qaranlıq küçə. Qaranlıq gecə. – Qaranlıq yerdə daş atmazlar. ( Ata. sözü ).
3. sif. məc. Bəlli olmayan, aydın olmayan, anlaşılmaz. Qaranlıq məsələ. Onun mənası qaranlıq qaldı.
// məc. Şübhəli, şübhə oyandıran. Onun çox qaranlıq keçmişi vardır.
4. is. məc. Cəhalət, mədəniyyətsizlik, mədəni gerilik mənasında.
// sif. Cahil, mədəniyyətsiz, mədəniyyətcə geri mənasında.
◊ Qaranlıq quyuya daş atmaq – qəti bir şey bilməyərək, fərziyyə ilə məşğul olmaq, təxmin etmək, güman etmək.
QARANLIQ nədir? – QARANLIQ nedir? – QARANLIQ sözünün mənası – QARANLIQ sozunun menasi – QARANLIQ nə deməkdir? – QARANLIQ ne demekdir? – QARANLIQ sözünün izahı – QARANLIQ sozunun izahi – QARANLIQ sözünün istifadəsi – QARANLIQ sozunun istifadesi