QAPI
1. Girib-çıxmaq üçün evin, yaxud barının və s.-nin divarında açıq yer, deşik, habelə bu deşiyi qapamaq üçün taxtadan, dəmirdən və s.-dən düzəldilən qurğu. Divara qapı açmaq. Ev qapısı. Qapını örtmək. Ara qapı (iki otağın arasındakı qapı). Qapı ağzı (qapının qabağı, qapı önü). Qapı içi (astana).
// məc. Ev mənasında.
2. Evin, binanın qabağı, girəcəyi; həyət.
□ Qapı-baca – ev, həyət, evin yan-yörəsi. Qapıbacadan muğayat ol. İt qapı-bacanı qoruyur.
Qapıda törəmə – sahibinin öz həyətində doğulmuş və ya böyümüş (heyvan haqqında).
// Evin divarları, evə yapışıq olan yerlər.
3. Bir şeyin ağzını, deşiyini, girəcəyini örtüb bağlamaq üçün dəmirdən, taxtadan, şüşədən və s.-dən düzəldilmiş örtü. Şkafın qapıları. Buxarının qapısı. Avtomobilin qapısı.
4. Nərd oyununda: iki daşla tutulan xana.
◊ Açıq qapı – hər kəsin girə bildiyi yer.
Bağlı qapı dalında – gizli, xəlvəti, kənar adamın iştirakı olmadan.
Qapı dalında qalmaq (qoymaq) – 1) bayırda qalmaq, içəri buraxılmamaq;
2) sıxıntıda qalmaq, çətinliyə düşmək, ağır vəziyyətə düçar olmaq.
Qapıda durmaq – müntəzir olmaq, gözləmək.
Qapıdan qovmaq – rədd etmək, qəbul etməmək, üz göstərməmək. [Dərviş:] Ay camaat, Allah xatirinə, gəliniz məni bu zalımın əlindən xilas ediniz. Qardaş, köməyə gələn olmadı.
Qapı-qapı gəzmək (dolaşmaq, düşmək) – 1) hər tərəfə müraciət etmək, hər tərəfi dolanmaq, həyətbəhəyət gəzmək (bir şey üçün).
Yazırsınız ki, sudan ötrü qapı-qapı dilənirsiniz və bundan savayı çox artıq-əskik sözlər yazırsınız. “Mol. Nəsr.
2) dilənmək, dilənçilik etmək.
Qapı-qapıya – lap yaxın, üz-üzə. Qapı-qapıya qonşular.
Qapılara düşmək – qapı-qapı gəzib dilənmək, dilənçilik etmək.
Qapını dabanından çıxarmaq – gedibgəlməklə birini təngə gətirmək, bir yerə, bir adamın yanına çox gəlib-getmək, israr etmək. [Oğlanlar] qapını döydülər. Açmadı. Yumruqla döyəclədilər, hətta təpiklə taqqıldatdılar.
Qapını döymək məc. – lap yaxınlaşmaq. Qış qapını döyür.
Qapını üzünə çırpmaq – çox pis qarşılamaq, qəbul etməmək, qovmaq.
Qapısı açıq – qonaqpərəst, comərd, səxavətli, çörək verən adam haqqında. Qapısı açıq adamdır.
Qapısı bağlanmaq (çırpılmaq) məc. – evi-eşiyi dağılmaq, ailəsi məhv olmaq.
Qapısını döymək məc. – sataşmaq, dolaşmaq.
Qapısının açarı dama atılmaq – bax qapısı bağlanmaq.
QAPI nədir? – QAPI nedir? – QAPI sözünün mənası – QAPI sozunun menasi – QAPI nə deməkdir? – QAPI ne demekdir? – QAPI sözünün izahı – QAPI sozunun izahi – QAPI sözünün istifadəsi – QAPI sozunun istifadesi