QAPANMAQ
1. Bağlanmaq, kilidlənmək. Pəncərələrin hamısı qapanmışdır.
2. Örtülmək (açıq şey haqqında).
3. Buludla örtülmək, tutulmaq, çulğalanmaq. Hava soyudu, göyün hər tərəfi qapandı.
4. Tıxanmaq, kip bağlanmaq, tutulmaq. Şüşənin ağzı qapanmışdır. Qapı-pəncərə yaman qapanmışdır, nəfəs almaq olmur.
5. Ucları, kənarları, son nöqtələri birləşdirilmək (məftilin, zəncirin və s.-nin).
6. Bitirilmək, dayandırılmaq, bağlanmaq. İclas axşam saat 10-da qapandı.
7. Rəsmən ləğv edilmək, qadağan edilmək; işləməsinə, fəaliyyətinə, çıxmasına icazə verilməmək, bağlanmaq.
8. Bayıra çıxmamaq, içəridə oturub qalmaq.
// Sıxınmaq.
9. Yıxılmaq.
10. Haqq-hesab kəsilmək, tamamlanmaq, ləğv edilmək. Keçənilki mühasibat dəftərləri qapandı.
QAPANMAQ nədir? – QAPANMAQ nedir? – QAPANMAQ sözünün mənası – QAPANMAQ sozunun menasi – QAPANMAQ nə deməkdir? – QAPANMAQ ne demekdir? – QAPANMAQ sözünün izahı – QAPANMAQ sozunun izahi – QAPANMAQ sözünün istifadəsi – QAPANMAQ sozunun istifadesi