QANLI
1. Qana batmış, qana bulaşmış. Qanlı paltar. Qanlı silah.
2. Qanla dolu, qanla qarışıq, içində qan olan. Qanlı irin. Qanlı ishal. Qanlı, yara.
3. Çoxlu qurbanlara, çoxlu adam qırılmasına, çoxlu qan axıdılmasına səbəb olan. Qanlı toqquşma. Qanlı vuruşma.
// məc. Öldürücü, canalıcı.
4. Öz vəhşilikləri ilə, adam öldürməklə özünü ləkələmiş, vəhşi, yırtıcı. Faşizmin qanlı cəlladları.
5. is. Qatil. Qanlıdan qada əskik olmaz. ( Ata. sözü ).
// Düşmən, qan düşməni.
6. Çox bişməmiş, çiyhal, alabişmiş.
7. məc. dan. Qeyrətçəkən, təəssübçəkən; öz xalqının və vətəninin təəssübünü, qeyrətini çəkən. O, çox qanlı adamdır.
◊ Qanlı göz yaşları – acı-acı ağlama, yanıqlı-yanıqlı ağlama.
QANLI nədir? – QANLI nedir? – QANLI sözünün mənası – QANLI sozunun menasi – QANLI nə deməkdir? – QANLI ne demekdir? – QANLI sözünün izahı – QANLI sozunun izahi – QANLI sözünün istifadəsi – QANLI sozunun istifadesi