QƏFƏS
1. Quşları, heyvanları salmaq üçün məftil və ya ağac çubuqlarından düzəldilmiş, ya hörülmüş qutu şəkilli qurğu. Quş qəfəsi. Toyuq qəfəsi. Tülkünü qəfəsə saldılar.
Quş, ayağını [cələdən] azad etmək üçün dartınırdı və çapalayırdı. Bunu gördükdə biz qaratoyuğun üstünü alırdıq.
2. məc. Həbs, həbsxana, zindan, dustaqxana mənasında.
□ Qəfəs kimi – cansıxıcı, darısqal (yer haqqında).
Qəfəsdə saxlamaq – azadlıqdan məhrum etmək, dörd divar arasında saxlamaq.
Qəfəsdən azad olmaq – həbsdən azad olmaq, azadlığa çıxmaq, çətinlikdən qurtulmaq.
Qəfəsə düşmək – tutulmaq, girə keçmək, tora düşmək, ələ keçmək.
Qəfəsə salmaq – həbsə salmaq, azadlıqdan məhrum etmək, dörd divar arasında gizlətmək.
◊ Qəfəsə dönmək – son dərəcə zəifləmək, arıqlamaq, cansızlaşmaq. Onun bədəni bir qəfəsə dönmüşdür.
Quru qəfəs – çox zəif, üzgün, cansız, arıq adam haqqında.
Döş (köks) qəfəsi anat. – skeletin, qabırğalardan ibarət olan içərisində ciyərlərin və ürəyin yerləşdiyi döş boşluğunu təşkil edən hissəsi.
QƏFƏS nədir? – QƏFƏS nedir? – QƏFƏS sözünün mənası – QƏFƏS sozunun menasi – QƏFƏS nə deməkdir? – QƏFƏS ne demekdir? – QƏFƏS sözünün izahı – QƏFƏS sozunun izahi – QƏFƏS sözünün istifadəsi – QƏFƏS sozunun istifadesi