QƏLB
1. Ürək (adətən insanın daxili aləmi, onun hisslərinin, təəssüratının, əhvali-ruhiyyəsinin simvolu, rəmzi təzahürü mənasında işlənir).
// məc. İnsanın həyat məqsədi, idealı, onu yaşatdıran amil mənasında.
2. məc. Bir şeyin əsas hissəsi, ən mühüm yeri, mərkəzi. Bakı Azərbaycanın qəlbidir.
◊ Qəlb yoldaşı – sirdaş, ürək dostu, səmimi dost.
Qəlbi incimək – incimək, xatiri qırılmaq.
Qəlbi sevinmək – şadlanmaq, fərəhlənmək, sevinmək.
Qəlbi sıxılmaq – ürəyi sıxılmaq, darıxmaq.
Qəlbi sınmaq – bax qəlbi incimək.
Qəlbi vurmaq – ürəyi işləmək, sağ olmaq, yaşamaq, var olmaq.
Qəlbi yanmaq – ürəyi yanmaq, son dərəcə yazığı gəlmək, acımaq.
Qəlbi yaralı – dərdli, kədərli, ürəyində dərdi olan, fəlakət üz vermiş.
Qəlbindən keçmək – ürəyindən keçmək, ummaq.
Qəlbinə dəymək – 1) incimək, pərt olmaq, qəlbi sınmaq;
2) incitmək, ürəyinə toxunmaq, könlünü qırmaq. Biganə ilə gəzmə, dedim, qəlbinə dəydi; Cana, nə bilim, sən bu qədər dəymədüşərsən?
Qəlbinə girmək – birinin ürək sirrini bilməyə çalışmaq.
Qəlbinə toxunmaq – bax qəlbinə dəymək 2-ci mənada.
Qəlbini açmaq – birinə inanaraq ürəyini açmaq, ürəyindəkiləri açıb söyləmək, ürək sirrini açıb demək.
Qəlbini ələ almaq – könlünü almaq, xoş sözlərlə dilə tutmaq, şirin sözlərlə razı etməyə, etimadını, məhəbbətini qazanmağa çalışmaq.
Qəlbini qırmaq (incitmək) – bax qəlbinə dəymək 2-ci mənada.
Qəlbini ovlamaq – ələ gətirmək, diqqətini cəlb etmək, məhəbbətini qazanmaq, özünə məftun etmək.
Qəlbini sıxmaq – ürəyini sıxmaq, darıxmaq, qəm çəkmək, fikir çəkmək.
Qəlbini sındırmaq – bax qəlbinə dəymək 2-ci mənada.
QƏLB nədir? – QƏLB nedir? – QƏLB sözünün mənası – QƏLB sozunun menasi – QƏLB nə deməkdir? – QƏLB ne demekdir? – QƏLB sözünün izahı – QƏLB sozunun izahi – QƏLB sözünün istifadəsi – QƏLB sozunun istifadesi