PAS₁
1. Havada və suda oksidləşmə nəticəsində dəmirin üzərində əmələ gələn qırmızı-qonur nazik təbəqə; paxır, cəng.
□ Pas atmaq (basmaq, tutmaq) – bax paslanmaq.
Pas yemək – pasdan xarab olmaq, yeyilmək (metal şeylər haqqında).
// məc. Obrazlı təşbehlərdə.
2. xüs. Bitkinin (əsasən yarpaq və gövdəsinin) üzərində tüfeyli göbələklər olan yerdə əmələ gələn sarı-narıncı rəngli ləkə.
3. məc. Eyib, nöqsan, ləkə.
□ Pası (pasının üstü) açılmaq – eybi, nöqsanı, gizli işləri aşkara çıxmaq, faş edilmək, ifşa olunmaq.
Pasını (pasının üstünü) açmaq – eybini, nöqsanını, gizli işlərini açıb demək, faş etmək, aşkara çıxarmaq.
4. “Bir” sözü ilə – bir müddət, bir vaxt.
PAS₁ nədir? – PAS₁ nedir? – PAS₁ sözünün mənası – PAS₁ sozunun menasi – PAS₁ nə deməkdir? – PAS₁ ne demekdir? – PAS₁ sözünün izahı – PAS₁ sozunun izahi – PAS₁ sözünün istifadəsi – PAS₁ sozunun istifadesi