PARTLAMAQ
1. Partlama nəticəsində hissələrə ayrılmaq, parçalanmaq, xıncımxıncım olmaq, qəlpələnmək. Bomba partladı. Körpü minadan partladı.
2. Açılmaq (silah haqqında).
3. Deşilmək, cırılmaq (içi hava ilə dolu və ya boş şeylər haqqında). Futbol topu partladı.
4. Çatlamaq, üzərində çatlaqlar əmələ gəlmək, cadar-cadar olmaq, parçalanmaq (bir şeyin qabığı, səthi, üzü).
5. məc. Adətən “hirsindən”, “acığından” və s.
sözlərlə – bərk hirslənmək, coşmaq, acıqlanmaq, qəzəblənmək.
// məc. Parçalanmaq (ürək haqqında).
// məc. Hirsindən özünü saxlaya bilməyib demək.
6. məc. dan. Paxıllıq etmək, dargözlük etmək, gözü götürməmək, acıq çəkmək.
PARTLAMAQ nədir? – PARTLAMAQ nedir? – PARTLAMAQ sözünün mənası – PARTLAMAQ sozunun menasi – PARTLAMAQ nə deməkdir? – PARTLAMAQ ne demekdir? – PARTLAMAQ sözünün izahı – PARTLAMAQ sozunun izahi – PARTLAMAQ sözünün istifadəsi – PARTLAMAQ sozunun istifadesi