PAPAQ
1. Əsasən tüklü dəridən tikilən baş geyimi. Buxara dərisindən papaq. Sur papaq.
// Ümumiyyətlə, hər növ baş geyimi.
2. Bir şeyi yuxarıdan örtən şey; qapaq.
◊ Papaq eləmək – bildirmək, xəbər eləmək. Xeyir iş olanda bizə də bir papaq elə.
Papağını əyri (çəp) qoymaq – xatircəm olmaq, rahat olmaq; özünü qayğıdan, məsuliyyətdən azad hiss etmək.
Papağını əyri (çəp) qoyub gəzmək – heç bir işlə məşğul olmamaq, boşboş, avara-avara gəzmək.
Papağını göyə atmaq – çox razı olmaq, çox sevinmək.
Papağını qabağına qoymaq yaxud qabağına qoyub fikirləşmək – yaxşı-yaxşı düşünmək, hərtərəfli düşünmək, götür-qoy etmək.
Papaq kimi qaralmaq – uzaqdan qaraltı kimi görünmək, nəzərə gəlmək.
PAPAQ nədir? – PAPAQ nedir? – PAPAQ sözünün mənası – PAPAQ sozunun menasi – PAPAQ nə deməkdir? – PAPAQ ne demekdir? – PAPAQ sözünün izahı – PAPAQ sozunun izahi – PAPAQ sözünün istifadəsi – PAPAQ sozunun istifadesi