PƏRƏN-PƏRƏN

pərən-pərən düşmək (olmaq) – bir-birindən aralı düşmək, birbirini itirmək, hərə bir yerə dağılmaq.

Balaca uşaqlar ayaqyalın titrəyə-titrəyə və ağlayaağlaya pərən-pərən düşmüşdülər. C.Məmmədquluzadə.

[Ağasıxan:] Kəndlər xaraba haldadır, hamı pərən-pərən olub, dağılıb.

…Bunun dalı aclıqdır. Çəmənzəminli.
Düşdü quşun balaları; Yuvasından pərən-pərən. M.Dilbazi;

pərən-pərən salmaq (etmək) – bir-birindən aralı salmaq, bir-birindən ayırmaq, hərəni bir yerə atmaq, dağıtmaq. Müharibə ailə üzvlərini pərən-pərən etdi.

– Midhət də quzğun sürüsünü pərən-pərən saldı. Ə.Vəliyev.

 

 

PƏRƏN-PƏRƏN nədir? – PƏRƏN-PƏRƏN nedir? – PƏRƏN-PƏRƏN sözünün mənası – PƏRƏN-PƏRƏN sozunun menasi – PƏRƏN-PƏRƏN nə deməkdir? – PƏRƏN-PƏRƏN ne demekdir? – PƏRƏN-PƏRƏN sözünün izahı – PƏRƏN-PƏRƏN sozunun izahi – PƏRƏN-PƏRƏN sözünün istifadəsi – PƏRƏN-PƏRƏN sozunun istifadesi