PƏNCƏ
1. Əl ayası ilə beş barmaq birlikdə. Pəncəsini açmaq.
// Heyvanların qabaq ayaqlarının barmaqları ilə dırnaqları.
2. Ayağın dabandan başqa, barmaqların da daxil olduğu alt hissəsi. Pəncəsinə tikan batıb.
// Ayaqqabı altlığının həmin hissəsi. Çəkməyə pəncə vurdurmaq.
3. Bir əl tutacaq qədər taxıl, ot və s.
// Bir əl tutacaq miqdar. Bir pəncə plov.
4. Kultivator və s.-də torpaqda kiçik şırımlar açan hissə. Kultivatorun pəncəsi.
5. məc. Qüvvət, zor, zor-güc; məngənə.
◊ Pəncəsindən qurtarmaq (xilas olmaq) – əlindən qurtulmaq, azad olmaq, xilas olmaq.
Pəncəsinə düşmək (keçmək) – əlinə keçmək, tutulmaq.
PƏNCƏ nədir? – PƏNCƏ nedir? – PƏNCƏ sözünün mənası – PƏNCƏ sozunun menasi – PƏNCƏ nə deməkdir? – PƏNCƏ ne demekdir? – PƏNCƏ sözünün izahı – PƏNCƏ sozunun izahi – PƏNCƏ sözünün istifadəsi – PƏNCƏ sozunun istifadesi