OYUN
1. Əylənmək və vaxt keçirmək üçün bir neçə adam (əsasən uşaq) arasında icra olunan müxtəlif növlü əyləncə, məşğələ. Qaçdı-tutdu oyunu. Gəlin-gəlin oyunu.
2. Müəyyən qayda, üsul və şərtlərlə icra edilən idman məşğələsi, idman növü. Şahmat oyunu. Basketbol oyunu.
□ Oyun kağızı – kart, qumar kağızı.
// Görüş, yarış, matç. Rəqib komandaların oyunu. Oyun saat 6-da başlanır.
3. Rəqs. Oyun havası. Vağzalı. oyunu.
4. məc. Hoqqa, kələk, fənd, fırıldaq, hiylə.
5. Müəyyən rolu oynama, ifa eləmə. Artistin oyunu tamaşaçıların xoşuna gəldi.
◊ Oyun tutmaq – bax başına oyun gətirmək (“baş”da).
Oyun çıxar(t)maq – 1) hoqqa çıxarmaq, gülməli hərəkətlər etmək (atılıb-düşmək, hoppanmaq və s.).
2) məc. bir işlə qeyri-ciddi məşğul olmaq, zarafata salmaq.
Oyun çıxar( t)ma, işinə fikir ver! Başına oyun açmaq – bax baş.
Başına oyun gətirmək – bax baş.
OYUN nədir? – OYUN nedir? – OYUN sözünün mənası – OYUN sozunun menasi – OYUN nə deməkdir? – OYUN ne demekdir? – OYUN sözünün izahı – OYUN sozunun izahi – OYUN sözünün istifadəsi – OYUN sozunun istifadesi