OXUMAQ
1. Yazılmış bir şeyi gözdən keçirib səslə və ya səssiz qiraət etmək, mütaliə etmək. İngiliscə oxumaq.
2. Təhsil almaq, elm almaq, öyrənmək. Universitetdə oxumaq. Texniki peşə məktəbində oxumaq.
// Dərsi mənimsəmək, bilikləri, fənləri öyrənmək. Pis oxumaq. Əlaçı oxumaq.
3. Mahnı və s. ifa etmək, bir şeyi hava ilə ifa etmək. Xalq mahnıları oxumaq. Xorda oxumaq.
4. Cəh-cəh vurmaq, civildəmək, ötmək (quşlar haqqında). Bülbüllər oxuyur.
5. məc. Hiss etmək, sezmək, duymaq. Qəlbini oxumaq. Baxışlarından oxumaq.
◊ Meydan oxumaq – bax meydan.
OXUMAQ nədir? – OXUMAQ nedir? – OXUMAQ sözünün mənası – OXUMAQ sozunun menasi – OXUMAQ nə deməkdir? – OXUMAQ ne demekdir? – OXUMAQ sözünün izahı – OXUMAQ sozunun izahi – OXUMAQ sözünün istifadəsi – OXUMAQ sozunun istifadesi