OX₂
1. Yayla atılan itiuclu və ya ucuna iti dəmir keçirilmiş mil (qədim silah növü). Oxu yaya qoymaq. Oxla ovu vurmaq.
2. İstiqamət göstərmək üçün həmin mil şəklində işarə.
3. Maşının, mexanizmin və s.-nin hərlənən hissəsinin, habelə çarxın keçirildiyi mil, tir. Avtomobilin oxu.
4. Mehvər. Yer kürəsinin oxu. Planetlərin öz oxları ətrafında fırlanması.
5. xüs. Hər hansı cismin simmetriya və ya ağırlıq mərkəzindən keçən düz xətt. Təyyarənin oxu. Fırlanma oxu.
◊ Ox kimi – 1) düz, düz istiqamətdə, düzünə.
2) çox cəld, tez, sürətlə, güllə kimi.
Ox kimi gözə batmaq – tez-tez, daim, hər addımda görünmək, göz önündə olmaq (arzu edilməyən bir adam və ya şey haqqında).
Ox mənzili – oxun və ya güllənin hədəfə dəyə biləcəyi məsafə.
Oxu atıb yayını gizlətmək – sözünü tam deməmək, fikrini yarımçıq söyləmək, əsil mətləbi üstüörtülü buraxmaq, deməmək.
Oxu daşa dəymək – uğursuzluğa düçar olmaq, işi nəhs gətirmək.
OX₂ nədir? – OX₂ nedir? – OX₂ sözünün mənası – OX₂ sozunun menasi – OX₂ nə deməkdir? – OX₂ ne demekdir? – OX₂ sözünün izahı – OX₂ sozunun izahi – OX₂ sözünün istifadəsi – OX₂ sozunun istifadesi