OTURAQ
1. sif. Köçəri həyat keçirməyən, daim bir yerdə yaşayan (köçəri ziddi). Oturaq əhali.
// Eyni mənada quşlar haqqında. Oturaq quşlar bütün ili bir yerdə qalırlar.
// İqlim, yem və b. şəraitlə əlaqədar olaraq yerini dəyişməyən (mal-qara, balıq və s. haqqında). Oturaq maldarlıq. – İncənin hər tərəfi otlaqdır.
2. sif. Bir yerdə oturmaqla, yerindən tərpənməyi tələb etməyən işlə əlaqədar olan. Oturaq və hərəkətsiz həyat tərzi nəticəsində bədənin forması dəyişir, təndürüstlük pozulur.
3. is. Oturulan, mənzil salınan yer, oturacaq yer, istirahət yeri, düşərgə və s.
4. is. Bir şeyin alt tərəfi, yerə və ya başqa bir şeyə dirənən tərəfi. Qazanın oturağı ağzından gen olar.
OTURAQ nədir? – OTURAQ nedir? – OTURAQ sözünün mənası – OTURAQ sozunun menasi – OTURAQ nə deməkdir? – OTURAQ ne demekdir? – OTURAQ sözünün izahı – OTURAQ sozunun izahi – OTURAQ sözünün istifadəsi – OTURAQ sozunun istifadesi