ÖTMƏK₁
1. Keçmək, keçib getmək, gəlib keçmək. Yoldan ötmək.
// Bir yerin, sahənin ortasından, içindən keçmək, keçib getmək. Kənddən ötmək.
// Uçub getmək, uçaraq keçmək. Bir dəstə quş çayı ötdü.
2. Hərəkətdə, yerişdə, qaçışda qabaqlamaq, irəli getmək, ötüb keçmək, geridə buraxmaq. Velosipedçini ötmək. Yük maşınını ötmək.
// İrəlidə olmaq, keçmək. Yarışda ötmək.
// məc. Bir şeydə o birilərinə görə daha çox müvəffəq olmaq, daha çox nailiyyət əldə etmək. Dərsdə yoldaşlarını ötmək. Region dövlətlərini ötmək.
3. Keçmək, aşmaq, atlamaq, sovuşmaq, qurtarmaq (saat, mövsüm, zaman, yaş haqqında). Saat ikini ötdü. Yaşı əllini ötüb. İsti günlər ötdü.
ÖTMƏK₁ nədir? – ÖTMƏK₁ nedir? – ÖTMƏK₁ sözünün mənası – ÖTMƏK₁ sozunun menasi – ÖTMƏK₁ nə deməkdir? – ÖTMƏK₁ ne demekdir? – ÖTMƏK₁ sözünün izahı – ÖTMƏK₁ sozunun izahi – ÖTMƏK₁ sözünün istifadəsi – ÖTMƏK₁ sozunun istifadesi