ÖMÜR
1. İnsan, heyvan və ya bitkinin doğuluşundan ölümünə qədərki fizioloji vəziyyəti; həyat.
□ Ömür yoldaşı – arvad, zövcə, həyat yoldaşı.
2. Ömrümdə, ömründə şəklində – heç bir zaman, heç vaxt, qətiyyən.
3. Ömrüm-günüm şəklində – nəvazişlə, mehribanlıqla müraciət.
◊ Ömür (ömrü) bada getmək – ömrün hədər keçdiyinə təəssüf bildirir.
Ömür keçirmək (sürmək) – yaxşı və rahat yaşamaq; ümumiyyətlə, yaşamaq, həyat sürmək.
Ömür vermək – həyat vermək, can vermək, yaşatmaq.
Ömür (ömrü) yarıdan keçmək – ömrün keçməsinə təəssüf bildirir.
Ömrü uzanmaq – daha çox yaşamaq, ömrü uzun olmaq.
Ömrü vəfa etməmək – az ömür sürüb arzusuna, ümidinə yetişməmək, istədiyini, gözlədiyini görməmək, nəsib olmamaq.
Ömrüm (ömrün, ömrü…) boyu (uzunu) – 1) həmişə, daima, bütün həyatım (həyatın, həyatı) boyunca. Ömrüm boyunca sənə minnətdaram. Ömrü boyunca işləyib;
2) heç bir zaman, heç bir vaxt. Ömrüm boyu unutmaram.
Ömründə bir gün görməmək – ömrü boyu əzab-əziyyət çəkmək, xoş gün görməmək.
Ömrün (ömrünüz) uzun olsun! – xeyir-dua, təşəkkür məqamında işlədilir.
Ömrünü çürütmək – uzun zaman vaxtını boş keçirmək.
Ömrünü sənə (sizə və s.
) bağışladı – öldü, canı çıxdı.
ÖMÜR nədir? – ÖMÜR nedir? – ÖMÜR sözünün mənası – ÖMÜR sozunun menasi – ÖMÜR nə deməkdir? – ÖMÜR ne demekdir? – ÖMÜR sözünün izahı – ÖMÜR sozunun izahi – ÖMÜR sözünün istifadəsi – ÖMÜR sozunun istifadesi