OCAQ
1. Xörək bişirmək, su, yaxud evi qızdırmaq üçün bir tərəfi açıq, üç tərəfi daşdan, kərpicdən hörülmüş kiçik tikili; ümumiyyətlə, od yandırmaq üçün yer. Ocağa odun qoymaq. Ocaqda xörək bişirmək.
□ Ocaq qalamaq – ocağa odun qoyub yandırmaq.
2. xüs. Sobanın və ya buxar qazanının yanacaq yandırılan yeri, hissəsi. Parovozun ocağı.
//Kirəc yandırılan yer.
3. din. Pir, müqəddəs yer, ziyarətgah.
4. məc. Doğma ev, ev-eşik, yurd.
5. məc. Bir şeyin olduğu, törədiyi, yayıldığı yer; mərkəz; mənbə. Maarif ocağı. Elm ocağı.
◊ Ocaq yanmasa tüstü çıxmaz – bir şeyin səbəbsiz olmadığını, bir şey haqqında əsassız danışılmadığını bildirən atalar sözü.
Ocağını söndürmək (kor qoymaq) – evini xaraba qoymaq, ailəsini dağıtmaq.
OCAQ nədir? – OCAQ nedir? – OCAQ sözünün mənası – OCAQ sozunun menasi – OCAQ nə deməkdir? – OCAQ ne demekdir? – OCAQ sözünün izahı – OCAQ sozunun izahi – OCAQ sözünün istifadəsi – OCAQ sozunun istifadesi