NÖMRƏ
1. Bir şeyin eyni cinsli şeylər sırasında sıra sayı. Evin nömrəsi. İnventar nömrəsi. Biletin nömrəsi.
2. Üzərində sıra nömrəsi yazılmış (pətə, kağız parçası və s.) hər hansı bir şeyin, xüsusən, paltarın, ayaqqabının və s.-nin ölçüsünü göstərən rəqəm. 21 nömrəli corab. 50 nömrəli palto. 5 nömrəli əlcək.
3. Sıra nömrəsi ilə göstərilmiş hər hansı bir şey. Məcmuənin mart nömrəsi. Qəzetin növbəti nömrəsi.
4. Mehmanxanada, hamamda və s.-də ayrıayrı otaqlar.
5. Hər hansı bir tamaşanın, konsertin və s.-nin tərkib hissələrindən hər biri. Konsertin sirk nömrəsi başlandı.
6. məc. dan. Gözlənilməz qəribə hərəkət, iş, oyun, hoqqa; kələk. Onun bu nömrəsi keçmədi.
[Şahin:] Mənim orijinal bir nömrəm var, o da kasa rəqsidir.
◊ Nömrə gəlmək – aldatmaq, hiylə işlətmək, kələk gəlmək. Yoldaşına nömrə gəlmək.
NÖMRƏ nədir? – NÖMRƏ nedir? – NÖMRƏ sözünün mənası – NÖMRƏ sozunun menasi – NÖMRƏ nə deməkdir? – NÖMRƏ ne demekdir? – NÖMRƏ sözünün izahı – NÖMRƏ sozunun izahi – NÖMRƏ sözünün istifadəsi – NÖMRƏ sozunun istifadesi