NİYYƏT
1. Məqsəd, məram, qəsd. Oxumaq niyyəti var. Niyyətini demək. Ov niyyətində olmaq. – Niyyətin hara, mənzilin də ora. ( Ata. sözü ).
□ Niyyət etmək (eləmək, qoymaq) – bir iş görmək arzusunda, məramında olmaq.
Niyyətdən düşmək – bir işi yerinə yetirmək fikrindən əl çəkmək, məramından vaz keçmək.
Niyyəti yerinə gəlmək (baş tutmaq) – arzusuna çatmaq, məramına, məqsədinə yetmək.
…niyyətinə düşmək – bir şeyin qəsdində olmaq, bir şeyi məqsəd kimi qarşısına qoymaq, özünə məqsəd etmək.
2. Niyyətlə şəklində zərf – …məqsədlə,
…arzusu ilə, qarşısına məqsəd qoyaraq (əsasən, “o”, “bu” işarə əvəzlikləri ilə işlənir).
NİYYƏT nədir? – NİYYƏT nedir? – NİYYƏT sözünün mənası – NİYYƏT sozunun menasi – NİYYƏT nə deməkdir? – NİYYƏT ne demekdir? – NİYYƏT sözünün izahı – NİYYƏT sozunun izahi – NİYYƏT sözünün istifadəsi – NİYYƏT sozunun istifadesi