NİSBƏT
1. Əlaqədarlıq, təəllüq, mənsubiyyət, bağlılıq, münasibət. Bunun o işə heç bir nisbəti yoxdur.
2. İki şey arasında olan münasibət, oxşarlıq, uyğunluq, qiyas.
□ Nisbət vermək (eyləmək) – müqayisə etmək, oxşatmaq, bir tutmaq.
3. Qoş. mənasında. Görə, aid.
// bax nisbətən.
4. Nisbətdə şəklində – iki şey arasında müqayisə, hal və miqdar bildirir.
5. Riyaziyyatda: böyük kəmiyyətin kiçik kəmiyyətə bölünməsi. Altının üçə (6/ 3 ) nisbəti.
◊ Nisbət şəkilçiləri qram. – əşyanın, hadisənin qrammatik şəxslərdən birinə aid olduğunu bildirən şəkilçilər; məs.: -ım, -ın, -ı və s.
NİSBƏT nədir? – NİSBƏT nedir? – NİSBƏT sözünün mənası – NİSBƏT sozunun menasi – NİSBƏT nə deməkdir? – NİSBƏT ne demekdir? – NİSBƏT sözünün izahı – NİSBƏT sozunun izahi – NİSBƏT sözünün istifadəsi – NİSBƏT sozunun istifadesi