NİŞAN
1. Əsər, əlamət, iz.
□ Nişan qoymaq – sonradan tanımaq, bilmək üçün işarə vurmaq, qeyd eləmək, nişanlamaq. Kitabın səhifələrinə nişan qoymaq.
Nişan vermək – tanıtmaq, göstərmək, bildirmək, adını vermək.
2. Bir şeyi digərindən ayıran əlamət, tanınmaq üçün qoyulan işarə; nişanə.
// Yaxşı olmuş yaranın qalmış izi, əlaməti, yeri. Üzündə qılınc yarasının nişanı var. Qolunda güllə nişanı var.
3. Güllə, ox və s. ilə vurulmalı olan hədəf, nöqtə; nişanə. Nişanı vurmaq.
□ Nişan almaq (götürmək) – silahı hədəfə tuşlamaq, yönəltmək.
Nişana qoyub atmaq – hədəf edib güllə ilə vurmaq. Ovçu ov tapmayanda öz papağını nişana qoyub atar. ( Ata. sözü ).
4. bax nişangah 2-ci mənada.
5. Hər hansı bir xidmət və ya hər hansı bir hadisənin xatirəsinə görə bir təşkilat tərəfindən verilən üstü yazılı, şəkilli metal və s.-dən hazırlanmış xüsusi lövhəcik. Universitet nişanı. Döş nişanı. Qızıl nişan.
6. Oğlan tərəfindən qızı nişanlamaq məqsədilə göndərilən üzük, şirni və s. şeylər. Nişan üzüyü. Nişan xonçası. Nişan paltarı.
□ Nişan qoymaq (taxmaq, vermək, aparmaq) – qızı nişanlamaq, üzük vermək, ad eləmək.
NİŞAN nədir? – NİŞAN nedir? – NİŞAN sözünün mənası – NİŞAN sozunun menasi – NİŞAN nə deməkdir? – NİŞAN ne demekdir? – NİŞAN sözünün izahı – NİŞAN sozunun izahi – NİŞAN sözünün istifadəsi – NİŞAN sozunun istifadesi