NAZ
1. Özünü bəyəndirmək, istətmək məqsədi ilə edilən saxta, süni hərəkət; şivə, işvə, qəmzə.
□ Naz eləmək (qılmaq, satmaq, göstərmək) – nazlanmaq, əzilib-büzülmək, naz və işvə etmək.
2. bax naz-nemət.
3. məc. Nazənin, nazlı qız mənasında.
4. Özünü bəyənməyən kimi göstərmə, bir şeyi qəbul etmək üçün özünə yalvarmağa, xahiş etməyə məcbur etmə (adətən “eləmək” feli ilə). Naz eləyir, alacaq.
5. Şıltaq, ərköyünlük. □
…nazı ilə oynamaq –
…dediyini eləmək,
…istəyinə əməl etməyə, hər tələbini, şıltağını yerinə yetirməyə çalışmaq. Uşağın nazı ilə oynamaq.
Nazını çəkmək – çox əzizləmək, hər əziyyətinə dözmək, hər istəyinə əməl etmək.
6. Nazla şəklində zərf – əzilə-əzilə, naz eləyərək, naz və qəmzə ilə, nazlı-nazlı. Nazla danışmaq. Nazla yerimək.
◊ Özünü naza qoymaq – əzilib-büzülmək, əda göstərmək, naz eləmək. Qızlar Güldanədən oxumasını xahiş etdilər.
NAZ nədir? – NAZ nedir? – NAZ sözünün mənası – NAZ sozunun menasi – NAZ nə deməkdir? – NAZ ne demekdir? – NAZ sözünün izahı – NAZ sozunun izahi – NAZ sözünün istifadəsi – NAZ sozunun istifadesi