NAMUS
1. İnsanın öz şəxsi və ictimai davranışını təyin edən mənəvi və əxlaqi prinsiplərin məcmusu; şərəf, qeyrət, heysiyyət.
□ Namusdan salmaq – ləkələmək, abırdan salmaq, biabır etmək, rüsvay etmək.
Namusuna qısılmaq – abır gözləmək, öz heysiyyətini, şərəfini gözləmək.
Namusuna toxunmaq – bax qeyrətinə toxunmaq (“qeyrət”də).
Namusunu satmaq – özünü rüsvay etmək, abırdan salmaq, öz heysiyyət və şərəfini atmaq.
// Bəkarət, ismət, təmizlik.
2. Namusla şəklində zərf – 1) şərəflə, şərəf və heysiyyətini gözləyərək. Namusla yaşamaq.
2) çox yaxşı, yüksək səviyyədə, əla surətdə. Namusla işləmək. Öz vəzifəsini namusla və vaxtında yerinə yetirmək.
NAMUS nədir? – NAMUS nedir? – NAMUS sözünün mənası – NAMUS sozunun menasi – NAMUS nə deməkdir? – NAMUS ne demekdir? – NAMUS sözünün izahı – NAMUS sozunun izahi – NAMUS sözünün istifadəsi – NAMUS sozunun istifadesi