MÜXTƏSƏR
1. Təfsilatsız, yığcam, qısa (müfəssəl ziddi). Müxtəsər məlumat. Müxtəsər məktub.
// Zərf mənasında.
□ Müxtəsər etmək (eləmək) – uzatmamaq, qısaltmaq, qısa eləmək, tez qurtarmaq.
[Əhməd:] Bəli, əhvalat uzundur.
2. Ucuz, aşağı (qiymət haqqında).
3. dan. Təntənəsiz, kiçik, balaca. Müxtəsər toy. Müxtəsər yığıncaq.
4. Ara söz məqamında – xülasə, sözün qısası.
□ Müxtəsəri-kəlam köhn. – sözün qısası, xülasə, müxtəsər.
◊ Müxtəsər cümlə qram. – mübtəda və xəbərdən ibarət cümlə.
MÜXTƏSƏR nədir? – MÜXTƏSƏR nedir? – MÜXTƏSƏR sözünün mənası – MÜXTƏSƏR sozunun menasi – MÜXTƏSƏR nə deməkdir? – MÜXTƏSƏR ne demekdir? – MÜXTƏSƏR sözünün izahı – MÜXTƏSƏR sozunun izahi – MÜXTƏSƏR sözünün istifadəsi – MÜXTƏSƏR sozunun istifadesi