MÜŞTƏRİ₁
1. bax alıcı1 1-ci mənada. Müştərilərə mədəni xidmət. Bu malın müştərisi yoxdur.
2. Daimi alıcı, sifarişçi və ya bir iş üçün gələn. Atelyenin müştərisi. – Əti də Şeyx Şaban hər qəssabdan almazdı.
3. Pul müqabilində su, elektrik, telefon, radio və s.-dən istifadə edən, habelə qəzet, jurnal və s.-yə abunəçi olan şəxs.
4. məc. İstəyən, arzu edən, həvəskar.
□ Müştəri çıxmaq – 1) yiyələnmək, mənimsəmək istəmək. Kitaba müştəri çıxmaq;
2) bax müştəri olmaq.
Müştəri olmaq – istəmək, almağa hazır olmaq, almaq istəmək.
◊ Müştəri gözü ilə baxmaq zar. – bir həvəskar, maraqlanan bir adam alıcı gözü ilə baxmaq, qiymətləndirmək.
MÜŞTƏRİ₁ nədir? – MÜŞTƏRİ₁ nedir? – MÜŞTƏRİ₁ sözünün mənası – MÜŞTƏRİ₁ sozunun menasi – MÜŞTƏRİ₁ nə deməkdir? – MÜŞTƏRİ₁ ne demekdir? – MÜŞTƏRİ₁ sözünün izahı – MÜŞTƏRİ₁ sozunun izahi – MÜŞTƏRİ₁ sözünün istifadəsi – MÜŞTƏRİ₁ sozunun istifadesi