MÜMKÜN
1. Hər hansı şərait daxilində həyata keçə bilən, ola bilən.
□ Mümkün deyil – imkan xaricindədir, ola bilməz.
Mümkün etmək – imkanı çatmaq, çatdıra bilmək, bacarmaq.
Mümkün qədər – bacarıldığı qədər, güc çatdığı qədər, imkan daxilində, şərait olduqca.
Mümkün mərtəbə (dərəcə) – bax mümkün qədər.
Mümkün olmaq – icrası imkan daxilində olmaq, başa gələ bilmək, həyata keçə bilmək.
2. Maddi imkan. Mümkünü yoxdur. Hədiyyə almağa mümkünü var.
3. Xəbər şəkilçisi ilə: mümkündür – imkan daxilindədir, etmək olar, olar.
MÜMKÜN nədir? – MÜMKÜN nedir? – MÜMKÜN sözünün mənası – MÜMKÜN sozunun menasi – MÜMKÜN nə deməkdir? – MÜMKÜN ne demekdir? – MÜMKÜN sözünün izahı – MÜMKÜN sozunun izahi – MÜMKÜN sözünün istifadəsi – MÜMKÜN sozunun istifadesi