MİNNƏT
◊ Minnət çəkmək – 1) hörmət və yaxşılıq qarşısında özünü borclu bilmək. [Xoca Əziz:] İgid də igiddən çəkərmi minnət! “Koroğlu”;
2) bax minnət götürmək.
Minnət etmək (eyləmək) – təvəqqe etmək, xahiş etmək, boyun əyib yalvarmaq.
Minnət götürmək – edilən hörmətin, yaxşılığın və ya bəxşişin qarşısında özünü borclu bilmək.
Minnət götürməmək – məqsəd güdən yaxşılığı və s. qəbul etməmək, ondan imtina etmək. O heç kəsdən minnət götürməz.
Minnət qoymaq – etdiyi hörmət və yaxşılığı başa qaxmaq, xatırlatmaq, başqasını özünə borclu çıxarmaq.
Minnətə getmək – bir şey və ya iş üçün birisinin yanına xahişə getmək, xahişlə müraciət etmək. [Həbib bəy:] Kərbəlayı, içərimizdə yenə hörmətli sənsən.
Minnətə gəlmək – bir şey və ya iş üçün birisinin yanına xahişə gəlmək, gəlib xahiş etmək.
Minnət( in) olsun! – özü(n) üçün şərəf hesab et(sin)! Minnətin olsun ki, sizə gəlmişəm.
MİNNƏT nədir? – MİNNƏT nedir? – MİNNƏT sözünün mənası – MİNNƏT sozunun menasi – MİNNƏT nə deməkdir? – MİNNƏT ne demekdir? – MİNNƏT sözünün izahı – MİNNƏT sozunun izahi – MİNNƏT sözünün istifadəsi – MİNNƏT sozunun istifadesi