MİN

say.
1. Doqquz yüz doxsan doqquzdan sonra gələn ədəd, say – 10
00. Min manat. Min nəfər.
// Başqa saylarla birlikdə. Beş min kilo. İki min altı yüz adam.

– Min doqquz yüz səkkizinci ilin ilk günləri çox soyuq keçirdi. M.Hüseyn.

2. Çoxlu, külli miqdarda, hədsiz, saysızhesabsız.

Çöllər yuxudan olunca bidar; Min rəng çiçəklə doldu gülzar. A.Şaiq.
Pəncərəsi ipək pərdəli evlərdə min təlaş var; min həşir. R.Rza.

◊ Min bir – çox, hədsiz.

Min bir xəbər verir dünyadan bizə; Üstünü toz almış qalın kitablar. S.Vurğun.
Min bir əməl arxasınca qoşmağı; Dürlü-dürlü ürəklərdən öyrəndim. M.Müşfiq.
Min bir iztirab ilə keçən bir neçə saatda Əkbərin ürəyinə nələr gəlmədi? Mir Cəlal.

Min cür, min cürə – çox, çoxlu, hədsiz, hədsiz-hesabsız, saysız.

[Qarı:] Bağça desən, bağban desən var burda; Cana min cür dərman desən var burda. Aşıq Qərib”.
[Tapdıq] hər şeyə etiraz edir, hər sözə qulp qoyur, min cürə şıltaqlıq göstərirdi. Ə.Vəliyev.

Min dərədən su götürmək – çox yerlərə baş vurmaq, çox şeydən danışmaq.

Bir qrup adamlar da vardır ki, peşmansan bir söz sorasan, sənə cavab verincəyə qədər min dərədən su götürür. Qantəmir.

Min yaşa! – çox yaşa! var ol! Ömrün uzun olsun! (alqış ifadəsi).
Min yaşamaq – uzun ömür sürmək, çox yaşamaq.

[Kosa:] …Bircə bu kələkdən də çıxsaydım, yəqin min yaşardım. S.Rəhimov.

Mində bir – çox az təsadüf olunan, az-az rast gəlinən.
Mindən biri – çox az, cüzi hissə.

Sinədə yarələrim saydı, dedi, min, cərrah; Səhv edib, bu hələ mindən birinin sayı deyil. S.Ə.Şirvani.

 

 

MİN nədir? – MİN nedir? – MİN sözünün mənası – MİN sozunun menasi – MİN nə deməkdir? – MİN ne demekdir? – MİN sözünün izahı – MİN sozunun izahi – MİN sözünün istifadəsi – MİN sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.