MAYA
1. Bəzi qidalarda qıcqırma əmələ gətirən maddə. Xəmir mayası. Pendir mayası.
□ Maya vurmaq – bax mayalamaq 1-ci mənada. Qatığa maya vurmaq.
2. biol. Rüşeym, döl. Mayası pisdir.
// məc. Əsas, əsil kök.
3. Bəzi xəstəliklərə qarşı peyvənd (aşı) maddəsi. Difterit mayası.
4. məc. Mövzu, obyekt mənasında.
5. məc. Səbəb, əsas, kök, səbəbkar. [Rüstəm kişi:] Deyirəm axı, bu qanacaq sizdə olmaz.
6. Gəlir əldə etmək üçün bir şeyə qoyulan pul; sərmayə.
// Ticarətə, alverə başlaya bilmək üçün əldə olan məbləğ, pul.
□ Maya qoymaq – pul sərf etmək, pul xərcləmək, pul qoymaq.
7. Ümumiyyətlə, əldə olan pul, sərvət, dövlət.
□ Maya dəyəri (qiyməti) iqt. – bir malın hazırlanmasına sərf olunan, istehsal vasitələri xərci ilə işçiyə verilən əmək haqqından ibarət istehsal xərcləri. Məhsulun maya qiyməti.
8. mus. Səs qatarlarında orta pərdə.
MAYA nədir? – MAYA nedir? – MAYA sözünün mənası – MAYA sozunun menasi – MAYA nə deməkdir? – MAYA ne demekdir? – MAYA sözünün izahı – MAYA sozunun izahi – MAYA sözünün istifadəsi – MAYA sozunun istifadesi