MƏSLƏHƏT
1. Necə hərəkət etmək, bir işi necə görmək haqqında təklif, göstəriş, tövsiyə. Həkim məsləhəti. Məsləhət vermək.
□ Məsləhət bilmək – olmasını, edilməsini müvafiq görmək, tövsiyə etmək.
Məsləhət deyil – məsləhət görülmür, lazım deyil, tövsiyə edilmir.
Məsləhət etmək (eləmək) – 1) bax məsləhət görmək.
2) bax məsləhətləşmək 2-ci mənada.
Məsləhət qoymaq – məsləhətləşib qərara gəlmək.
Məsləhət vermək (görmək) – necə hərəkət etmək, nə etmək haqqında birinə yol göstərmək, münasib bilmək, tədbir göstərmək, göstəriş vermək.
2. Hər hansı bir məsələyə dair mütəxəssisin tövsiyəsi, göstərişi; konsultasiya. Məsləhət almaq. Məsləhət üçün mütəxəssisə müraciət etmək.
// Dərsi daha yaxşı mənimsəmək üçün müəllimin tələbəyə dərsdən əlavə köməyi, yardımı. Məsləhət saatı təyin etmək. Məsləhət günü.
MƏSLƏHƏT nədir? – MƏSLƏHƏT nedir? – MƏSLƏHƏT sözünün mənası – MƏSLƏHƏT sozunun menasi – MƏSLƏHƏT nə deməkdir? – MƏSLƏHƏT ne demekdir? – MƏSLƏHƏT sözünün izahı – MƏSLƏHƏT sozunun izahi – MƏSLƏHƏT sözünün istifadəsi – MƏSLƏHƏT sozunun istifadesi