MƏNZİL
1. Yaşayış evinin adətən bir neçə otaqdan, mətbəxdən və s.-dən ibarət olan hissəsi. Təzə mənzilə köçmək. Üçotaqlı mənzil.
// Ümumiyyətlə, ev, birinin yaşadığı yer, otaq, məskən. Mənzili qaydaya salmaq.
□ Mənzil etmək – yaşamaq üçün düşmək, bir yerdə qalmaq. Mehmanxanada mənzil etmək.
2. Gedilən yolun bölündüyü hissələrdən hər biri; mərhələ. Bir mənzil yol getmək.
// Gedilən yer, yolun sonu. Mənzilə çatmaq.
□ Mənzil başı – gedilən yer. Mənzil başına çatmaq.
// Ümumiyyətlə, yol, məsafə.
Mənzil etmək – yolda istirahət üçün bir yerdə dayanmaq, düşmək.
Mənzil kəsmək – lazım olan yerə çatmaq, yolu başa çatdırmaq, qət etmək. Arpa yemiş at mənzil kəsər. ( Ata. sözü ).
3. Körpü kimi tikililərdə, qurğularda qonşu dayaqlar arasındakı məsafə, ara.
4. Güllənin, mərminin gedib hədəfi vura biləcəyi məsafə.
MƏNZİL nədir? – MƏNZİL nedir? – MƏNZİL sözünün mənası – MƏNZİL sozunun menasi – MƏNZİL nə deməkdir? – MƏNZİL ne demekdir? – MƏNZİL sözünün izahı – MƏNZİL sozunun izahi – MƏNZİL sözünün istifadəsi – MƏNZİL sozunun istifadesi