LÖVHƏ
1. Üzəri tabaşirlə yazıla bilən qara rəngli taxta; yazı taxtası. Sinfə lövhə asmaq. Lövhədə yazmaq.
□ Yazı (sinif) lövhəsi – sinifdə tabaşirlə yazmaq üçün qara rəngli lövhə; yazı taxtası.
2. Müxtəlif məqsədlər üçün işlənən hamar səthli elastik metal və s. parçası. Sink lövhəsi.
3. Üstündə hər hansı bir müəssisənin, idarənin, təşkilatın adını, yaxud gördüyü işi bildirən yazı yazılmış taxta, metal və s. Hər gün yüzlərlə adam tanımadığı idarə və müəssisəni, küçəni lövhələr vasitəsilə tanıyır.
// Bildiriş, elan taxtası.
4. Şəkil, mənzərə şəkli, rəssamlıq əsəri, tablo.
// Mənzərə, təsvir.
◊ Qırmızı lövhə – bax şərəf lövhəsi.
Şərəf lövhəsi – istehsalatda və s.-də işləri ilə fərqlənən ən yaxşı işçilərin adları və ya şəkilləri vurulan taxta.
LÖVHƏ nədir? – LÖVHƏ nedir? – LÖVHƏ sözünün mənası – LÖVHƏ sozunun menasi – LÖVHƏ nə deməkdir? – LÖVHƏ ne demekdir? – LÖVHƏ sözünün izahı – LÖVHƏ sozunun izahi – LÖVHƏ sözünün istifadəsi – LÖVHƏ sozunun istifadesi