LƏZZƏT
1. Yeyilən, içilən hər hansı bir şeydən duyulan xoş hiss; tam, dad. Hər xörəyin bir ləzzəti var. Bu meyvənin ləzzəti necədir? Ağzımın ləzzəti qalmışdır.
// Dadlılıq, şirinlik. Ləzzəti hələ də damağımdadır. Bu əncirin ləzzətindən keçmə.
2. məc. Bir şeydən duyulan xoş hiss, sevinc duyğusu; həzz, nəşə.
□ Ləzzət almaq (aparmaq, görmək, çəkmək) – həzz almaq, zövq almaq, xoşuna gəlmək, xoşlanmaq.
Ləzzət vermək – xoşlandırmaq, zövq vermək, həzz vermək.
Ləzzətdən düşmək – əvvəlki dad və təravətini itirmək.
Ləzzəti qaçmaq (getmək) – əvvəlki ləzzəti, zövqü verməmək, təsirdən düşmək. Daha bu işin ləzzəti qaçdı.
Ləzzətini görmək – bir şeyin zövqünü, nəşəsini hiss etmək, duymaq. Tələbəliyin ləzzətini görmək.
3. Ləzzətlə şəklində zərf – xoşlana-xoşlana, həvəslə, iştaha ilə.
LƏZZƏT nədir? – LƏZZƏT nedir? – LƏZZƏT sözünün mənası – LƏZZƏT sozunun menasi – LƏZZƏT nə deməkdir? – LƏZZƏT ne demekdir? – LƏZZƏT sözünün izahı – LƏZZƏT sozunun izahi – LƏZZƏT sözünün istifadəsi – LƏZZƏT sozunun istifadesi