KÜRƏK₁

is.
1. Bədənin arxa hissəsinin yuxarısında olan üçkünc şəkilli yastı sümüklərdən hər biri.

[Qəhrəman:] Güllə arxasından, kürəkləri arasından dəyib keçmişdi. H.Nəzərli.

// İnsan bədəninin həmin hissəsi. Kürəyini divara söykəmək. Kürəyini ovuşdurmaq.

[At] Kərbəlayı Qasımın dalınca gedə-gedə hərdən alnını sürtürdü Kərbəlayı Qasımın kürəyinə. C.Məmmədquluzadə.
…Ağsaqqal həkim yuxarıdan əlini Əlisanın kürəyinə vurdu. S.Rəhimov.

2. Paltarın kürəyi örtən hissəsi. Pencəyin kürəyinə astar tikmək. Paltarın kürəyi dağılmışdır.
◊ Kürək cəzası köhn. – bax katorqa.
Kürək çevirmək – dal çevirmək, üz döndərmək.
Atasını kürəyinə (dalına) sarımaq (yükləmək) – bax atasını dalına sarımaq (“ata”da).
Kürək-kürəyə vermək – birbirinə arxalanmaq, kömək etmək, əl-ələ vermək.

Məsciddəki camaat soyuqdan titrəşirdi… Soyuqdan donmamaq üçün ayaqlarını yerə döyür, kürək-kürəyə verib bir təhər qızışırdılar. İ.Şıxlı.

Kürəyi yerə gəlmək – basılmaq, məğlub olmaq.

[Kərəmzadə:] Sənin qohumuna bel bağlayanın bərkə düşən kimi, kürəyi yerə gələr, Nisə! B.Bayramov.

Kürəyindən çıxartmaq – əvəz almaq, acığını çıxmaq.
Kürəyini yerə vurmaq (qoymaq)1) basmaq, məğlub etmək;
2) taqətsiz yıxılmaq, bihuş düşmək, düşüb qalmaq.

Uca bir dağ ətəyində; İnsan birdən ürəyində; Amansız bir ağrı duydu; Kürəyini yerə qoydu. M.Dilbazi.

Kürəyini… söykəmək – arxayın olmaq, bel bağlamaq. Kürəyini dağa söykəyib.

 

 

KÜRƏK₁ nədir? – KÜRƏK₁ nedir? – KÜRƏK₁ sözünün mənası – KÜRƏK₁ sozunun menasi – KÜRƏK₁ nə deməkdir? – KÜRƏK₁ ne demekdir? – KÜRƏK₁ sözünün izahı – KÜRƏK₁ sozunun izahi – KÜRƏK₁ sözünün istifadəsi – KÜRƏK₁ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.