KÜRƏ₂

is. [ fars. ]
1. Dəmiri qızdırmaq üçün körüklə odu közərdilən dəmirçi ocağı. Kürəni körükləmək. Dəmirçi kürəsi. – Dəmiri kürədən dəmir çıxardar. ( Ata. sözü ).

Əlli qədəm bir-birindən aralı çadırların aşağı tərəfində ağacdan bir çardaq tikilib, içində böyük misgər kürəsi və bu kürəyə münasib bir körük nəsb olub. M.F.Axundzadə.
…Körüklər basılır, kürə qızarır, zindan səslənir. S.Rəhimov.

□ Cəhənnəm kürəsi – bax cəhənnəm.

Yayda cəhənnəm kürəsi kimi hər tərəfi yandıran Tehran günəşi, payızın son ayları və qışda çox ilıq və mülayim olur. M.İbrahimov.

2. Palçıqdan, gildən və ya dəmirdən düzəldilən kiçik ocaq. Xörəyi kürədə bişirmək. Kürəyə kömür tökmək.

– Mətbəxdə mütləq təndir, biri böyük, digəri kiçik iki ocaq, bir kürə olardı. H.Sarabski.
…Fatma səkidə, palçıqdan qoyulmuş kürədə südlü sıyıq bişirirdi. Ə.Əbülhəsən.

 

 

KÜRƏ₂ nədir? – KÜRƏ₂ nedir? – KÜRƏ₂ sözünün mənası – KÜRƏ₂ sozunun menasi – KÜRƏ₂ nə deməkdir? – KÜRƏ₂ ne demekdir? – KÜRƏ₂ sözünün izahı – KÜRƏ₂ sozunun izahi – KÜRƏ₂ sözünün istifadəsi – KÜRƏ₂ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.