KÜL
□ Kül olmaq – bütünlüklə yanmaq, yanıb qurtarmaq, külə dönmək. Odunlar kül oldu.
Kül suyu k.t. – bitkiləri dezinfeksiya etmək üçün suda həll olunmuş kül.
◊ Kül başına! (gözünə!) dan. – qarğış, danlaq və təkfir ifadəsi. Kül başına, gözəl fərə, beçə də səni bəyənmir. ( Ata. sözü ).
Kül etmək (eləmək) – puç etmək, məhv etmək, axırına çıxmaq. Var-dövləti kül etmək.
// məc. Mənada.
Külə dönmək – 1) yanıb qurtarmaq, kül olmaq. Kömürlər külə döndü. Ağaclar yanıb külə döndü.
// məc. Yox olmaq, məhv olmaq.
2) məc. çox əziyyət çəkmək, həddindən artıq əzab çəkmək. Ana yetimləri böyütdükcə külə döndü.
Külü göyə sovrulmaq – tamam məhv edilmək, axırına çıxılmaq.
Külünü göyə sovurmaq – tamamilə məhv etmək, axırına çıxmaq.
Başına kül (olsun)! – bax baş.
Gözə kül üfürmək – bax göz.
KÜL nədir? – KÜL nedir? – KÜL sözünün mənası – KÜL sozunun menasi – KÜL nə deməkdir? – KÜL ne demekdir? – KÜL sözünün izahı – KÜL sozunun izahi – KÜL sözünün istifadəsi – KÜL sozunun istifadesi