KÜÇƏ
1. Nəqliyyatın və adamların hərəkəti üçün yaşayış məntəqələrində iki sıra tikililər arasındakı açıq sahə, boş yer, yol. Küçənin qarını təmizləmək. Küçəni süpürmək. İstiqlaliyyət küçəsində yaşamaq.
□ Küçə həyatı keçirmək – avara, sərsəri həyat keçirmək, avaralanmaq, heç bir işlə məşğul olmamaq.
Küçə qadını (arvadı, uşağı, adamı) – tərbiyəsiz, əxlaqsız, baxımsız qadın (arvad, uşaq, adam). Küçə uşaqlarına qoşulmaq. Küçə adamına baş qoşmamaq.
Küçə mirzəsi köhn. – keçmişdə küçədə oturub savadsız əhali üçün məktub, ərizə və s. yazan savadlı adam; mirzə.
Küçə səngəri – bax barrikada.
Küçə sözü – ədəbsiz söz(lər), söyüş.
2. Binanın küçə tərəfi, küçə səmti. Küçəyə pəncərə açmaq.
□ Küçə qapısı – 1) evdən küçəyə açılan qapı. Küçə qapısını örtmək;
2) həyətdən küçəyə açılan qapı.
Küçə pəncərəsi – evdən küçəyə açılan pəncərə. Küçə pəncərəsini bağlamaq.
Küçəyə baxmaq – küçəyə açılmaq, küçəyə tərəf olmaq, küçəyə çıxmaq. Eyvan küçəyə baxır.
◊ O küçə sənin, bu küçə mənim – çox gəzib yorulmaq, bütün küçələri dolanıb əldən düşmək. [Fatma həkim:] Otuz beş ildi uçastkovı həkim işləyirəm, bu küçə mənim, o küçə sənin, bu dalan sənin, o dalan mənim.
KÜÇƏ nədir? – KÜÇƏ nedir? – KÜÇƏ sözünün mənası – KÜÇƏ sozunun menasi – KÜÇƏ nə deməkdir? – KÜÇƏ ne demekdir? – KÜÇƏ sözünün izahı – KÜÇƏ sozunun izahi – KÜÇƏ sözünün istifadəsi – KÜÇƏ sozunun istifadesi