KÖYNƏK
1. Bədənin yuxarı hissəsinə geyilən yüngül geyim. İpək köynək. Miləmil köynək. Köynək tikdirmək. Köynəyini ütüləmək.
// məc. Libas, paltar mənasında (adətən rəng adları ilə).
2. Musiqi alətlərini və s.-ni qoymaq üçün parçadan və s.-dən tikilmiş torba; çexol.
3. tex. Örtük, sipər.
4. Baramanın iç qatı.
// Buğdanın üstündə olan nazik qabıq.
5. məh. Arabanın dəmir oxunun yerləşdiyi ağac hissə.
◊ Köynək-köynək (bir köynək) ət tökmək – bərk utanmaq, xəcalət çəkmək, pərt olmaq, xəcil olmaq, xəcalətindən yerə girmək.
Köynəyinin yaxasından keçirmək etnoqr. – övladlığa götürmək əlaməti olaraq körpə uşağı köynəyinin yaxasından keçirməkdən ibarət köhnədənqalma adət.
KÖYNƏK nədir? – KÖYNƏK nedir? – KÖYNƏK sözünün mənası – KÖYNƏK sozunun menasi – KÖYNƏK nə deməkdir? – KÖYNƏK ne demekdir? – KÖYNƏK sözünün izahı – KÖYNƏK sozunun izahi – KÖYNƏK sözünün istifadəsi – KÖYNƏK sozunun istifadesi