KÖTÜK
1. Ağacın yerdən iri budaqlarına qədər olan hissəsi; oduncaq. Ağacın kötüyünü kəsmək.
2. Ağacın qalın yerindən, oduncağından kəsilən bir hissə. Kötüyün üstündə odun doğramaq. Ət kötüyü (üstündə ət doğramaq, kəsmək üçün kötük).
3. Bir şey işləndikdən sonra qalıb atılan hissəsi. Siqaret kötüyü.
// Qəbz və s. kəsildikdən sonra dəftərçədə qalan hissəsi. Qəbzin kötüyü. Bloknotun kötüyü.
// Kitabın, dəftərin tikilmiş olduğu yer.
4. məc. Yaşlı adam, yaşca ən böyük, qoca, ixtiyar mənasında. Evin kötüyü. Baba nəslin kötüyüdür.
5. Kök, rişə. Ağacın kötüyünü çıxarmaq. Kolun kötüklərini qırmaq.
□ Kötük diş – sınmış, çürümüş dişin ətin içərisində qalan hissəsi.
// məc. Əsas, bünövrə, kök.
6. sif. mənasında. Kök, şişman, qalın. Kötük əl. Kötük adam.
KÖTÜK nədir? – KÖTÜK nedir? – KÖTÜK sözünün mənası – KÖTÜK sozunun menasi – KÖTÜK nə deməkdir? – KÖTÜK ne demekdir? – KÖTÜK sözünün izahı – KÖTÜK sozunun izahi – KÖTÜK sözünün istifadəsi – KÖTÜK sozunun istifadesi