KÖRPÜ₁
1. Çay, dəmir yolu və s. üzərindən keçmək üçün daşdan, taxtadan, dəmirdən qurulan tikili, keçid. Dəmir yol körpüsü. Taxta körpü. Çay körpüsü. Körpüdən keçmək. Körpü tikmək.
□ Asma körpü – bax asma.
2. Dəniz, çay, göl sahilində gəmilərin yan alması, habelə onların hərəkətini təmin etmək üçün müvafiq tikililəri olan yer. Körpüdə gəmiyə minmək. Yükü körpüyə boşaltmaq.
3. Tikinti və təmir işlərində ustanın və b.-nın dayanması üçün taxta, şalban və s.-dən düzəldilən qurğu. Körpü düzəltmək. Körpünün yerini dəyişmək.
4. idm. Güləşmədə və akrobatikada, dabanları və başı yerə dirəyərək, döşün yuxarıya doğru qalxmış vəziyyəti. Körpü durmaq.
5. tex. Avtomobil və ya traktor şassisinin (çərçivəsinin) oxlar üstündə olan və təkərlərlə bağlı hissəsi. Dal körpü. Qabaq körpü.
6. xüs. Bir neçə süni dişi birləşdirən lövhəcik.
7. məc. Bağlayıcı, əlaqələndirici vasitə mənasında.
◊ Qıl körpü – 1) dini əfsanələrə görə, adamların günahkar və ya günahsız olduğunu müəyyənləşdirmək üçün guya qiyamət günü onların üzərindən keçəcəyi qıl kimi nazik körpü.
2) məc. çətin sınaq mənasında. Usta Ağabalanın ürəyi məhbubəsini görmüş aşiq ürəyi kimi döyünürdü.
KÖRPÜ₁ nədir? – KÖRPÜ₁ nedir? – KÖRPÜ₁ sözünün mənası – KÖRPÜ₁ sozunun menasi – KÖRPÜ₁ nə deməkdir? – KÖRPÜ₁ ne demekdir? – KÖRPÜ₁ sözünün izahı – KÖRPÜ₁ sozunun izahi – KÖRPÜ₁ sözünün istifadəsi – KÖRPÜ₁ sozunun istifadesi